» » » Səfir Nəsir Əbdül Rəhim: “Hamımız IV İslam Həmrəyliyi Oyunlarından fəxr hissi duyduq”

Səfir Nəsir Əbdül Rəhim: “Hamımız IV İslam Həmrəyliyi Oyunlarından fəxr hissi duyduq”

Səfir Nəsir Əbdül Rəhim: “Hamımız IV İslam Həmrəyliyi Oyunlarından fəxr hissi duyduq”
© Report.az

“Bu gün keçirilən görüş xüsusi ilə əhəmiyyətlidir, çünki o, “İslam Həmrəyliyi İli”ndə və ilhamlandırıcı hisslər oyatmış möhtəşəm IV İslam Həmrəyliyi Oyunlarından sonra keçirilir. Hamımız bu Oyunlardan fəxr hissi duyduq və eyni zamanda, biz müsəlman dəyərlərinə uyğun olaraq, sülh, idman və harmoniya mesajını qəbul etdik və yaydıq”.

“Report”un xəbərinə görə, bunu Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nəsir Əbdül Rəhim Prezident İlham Əliyev tərəfindən keçirilən qəbulda deyib.

“Bu mübarək ay ərzində bütün müsəlmanlar İslamın ülvi dəyərlərini xatırlayır, öz qəlblərini və düşüncələrini paklandırır, onları birliyə, sülhə, əxlaqi dəyərlərə və mərhəmətə xidmət etməyə yönəldir, qərib və ehtiyacı olan insanlara daxilimizdə xeyriyyəçilik hissələrini oyadır, bir-birimizin günahlarını bağışlayır, qardaşlıq ruhunda ümumi taleyimizi birgə dərk edərək, sülh, həmrəylik və firavanlıq naminə bir yerə toplaşırlar”, - səfir vurğulayıb.

O əlavə edib ki, Azərbaycan Respublikasının nisbətən gənc olmasına, müstəqilliyinin başlanğıcında bir çox təhdidlərin olmasına baxmayaraq, onlar ölkə rəhbərliyinin müdrikliyi və uzaqgörənliyi sayəsində həll edilib: “Azərbaycan həmin mərhələləri uğurla keçmiş və özünün qədim İslam irsini və mədəniyyətini qürur hissi ilə qoruyaraq, gələcəyə doğru qətiyyətlə addımlayan və müasirliyə qovuşan, inkişaf edən dövlətə çevrilmişdir.

Bu qardaş ölkədə müsəlman səfirlər güclü inkişafın şahididirlər. Ölkəniz inanılmaz sürətlə güclü inkişafı, yenilənməni, islahatları və bir çox sahələrdə uğurlu dəyişiklikləri təmin etmişdir”.

Xatırladaq ki, iyunun 13-də Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Interesting facts scroll top