» » » Türkiyə nümayəndə heyəti Baş Klinik Hospitalda olub

Türkiyə nümayəndə heyəti Baş Klinik Hospitalda olub


Azərbaycanda səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Tibb Xidməti rəisi, kontr-admiral Hayati Bilgiçin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 13-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Müdafiə Nazirliyindən ucarliyiq.biza verilən məlumata görə, qonaqlar əvvəlcə Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını və Türk Şəhidliyini ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra türkiyəli heyət hospitalın ərazisində ucaldılmış ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, öz ehtiramlarını ifadə ediblər.

Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev qonaqlara hərbi hospitalın yaranma tarixi, onun fəaliyyəti, Azərbaycan hərb təbabətinin inkişaf perspektivləri, hərbi həkimlərin hazırlanması imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat verib.

Hospitalın bölmə və şöbələri ilə tanış olan kontr-admiral H.Bilgiç ixtisaslı tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulan müasir tibbi avadanlıqla təchiz edilmiş müalicə korpuslarına baş çəkib, Hərbi Tibb Fakültəsində təhsil alan tələbə və rezidentlərlə görüşüb.

Sonra qonaqlar Azərbaycan Tibb Universitetinə gələrək təhsil müəssisəsinin rektoru, professor Gəray Gəraybəyli ilə görüşüblər.

Türkiyə hərbi nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.

scroll top