» » » Polis veteranları cəbhə bölgəsində görüşlər keçiriblər

Polis veteranları cəbhə bölgəsində görüşlər keçiriblər


Daxili İşlər Nazirliyinin (DİN) Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Fərhad Süleymanov və bir qrup polis veteranı cəbhəboyu Tərtər, Goranboy, Xocalı rayonlarında səfərdə olub.

DİN-in mətbaut xidmətindən “Report”a verilən məlumata görə, əvvəlcə Tərtər rayon mədəniyyət evində "Milli vətənpərvərlik tərbiyəsi" mövzusunda Rayon İcra Hakimiyyəti və Polis Şöbəsinin təşkilatçılığı ilə orta məktəblərin pedaqoji kollektivləri, yuxarı sinif şagirdləri, şəhid ailələri ilə görüş keçirilib.

Tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov qeyd edib ki, bu gün ölkəmiz dünya birliyində öz layiqli yerini tutub.

DİN-nin Veteranlar Şurasının sədri F.Süleymanov çıxışında bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi dayanır.

Sonra belə tədbir Goranboy rayonunda keçirilib.

Bu görüşlərdə DİN-nin Şəxsi Heyətlə İş İdarəsinin əməkdaşları - polis polkovnik-leytenantı Elxan Mürsəlov və polis polkovnik-leytenantı Laçın Paşayev iştirak ediblər.

Interesting facts scroll top