» » » Prezident: "Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik etmiş şəxslər zəif və qorxaq olublar"

Prezident: "Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik etmiş şəxslər zəif və qorxaq olublar"


"Bu gün Milli Qurtuluş Gününün ərəfəsidir. Qurtuluş Günü müasir Azərbaycanın dönüş nöqtəsidir".

ucarliyiq.biz xəbər verir ki, bunu Prezident İlham Əliyev yenidən qurulan Cocuq Mərcanlı kəndində Oqtay Həziyevin ailə üzvləri ilə söhbətində deyib.

"Təəssüf edirəm ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə olmayıb. Əgər o, həmin illərdə Azərbaycanda olsaydı, bir qarış torpağımız belə işğal altına düşməzdi. Müstəqilliyin ilk illərində Azərbaycana rəhbərlik etmiş şəxslər zəiflik və qorxaqlıq göstərdilər. Xəyanətkar hakimiyyət torpaqlarımızı qoruyub saxlaya bilmədi", -deyə dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, Milli Qurtuluş Günü bugünkü reallıqları şərtləndirən gündür: "İşğala baxmayaraq, Azərbaycan bugün inkişaf edir, güclənir, güclü iqtisadiyyat qurub, beynəlxalq arenada öz mövqelərini gücləndirir. Hərbi sahədə böyük uğurlara nail olmuşuq. Bu gün Azərbaycan ordusu dünya miqyasında güclü ordular sırasındadır. Aprel döyüşləri də bunu bir daha sübut etdi. Biz, Azərbaycan ictimaiyyəti də bunu bilirdi".

scroll top