» » » Milli Məclisin deputatları Türkiyəyə gedəcəklər

Milli Məclisin deputatları Türkiyəyə gedəcəklər


Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat Şəmsəddin Hacıyev iyunun 15-də Türkiyənin İsparta şəhərinə səfər edəcəklər.

Bu barədə “Report”a parlamentin mətbuat xidmətindən məlumat verilib.

Deputatlar Türkiyə dövləti və Süleyman Dəmirəl adına Universitetin rektorluğu tərəfindən keçirilən sabiq prezident Süleyman Dəmirəlin anım mərasimində iştirak edəcəklər.

Toplantıda görkəmli dövlət xadimi Süleyman Dəmirəlin həyatı və siyasi fəaliyyəti barədə xatirələr səsləndiriləcək, onun ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində rolundan bəhs olunacaq.

Səfər iyunun 18-də başa çatacaq.

Interesting facts scroll top