» » » Lukaşenko: "Dağlıq Qarabağ münaqişəsi xarici müdaxilə olmadan həll olunmalıdır"

Lukaşenko: "Dağlıq Qarabağ münaqişəsi xarici müdaxilə olmadan həll olunmalıdır"

Lukaşenko: "Dağlıq Qarabağ münaqişəsi xarici müdaxilə olmadan həll olunmalıdır"
© president.gov.by

Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla post-sovet ərazisindəki münaqişələr xarici müdaxilə olmadan həll olunmalıdır. “Report” xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Təhlükəsizlik Şurasının dövlət katiblərinin görüşündə bildirib.

"Çox istərdik ki, mövcud problemləri özümüz həll edək. Minsk, Moskva, İrəvan və KTMT-yə üzv ölkələrin digər şəhərlərində masa arxasında. Digər dövlətlər, qruplar, dəyirmi masaların təsiri olmadan. Xüsusilə biz Qarabağ, Dnestryanı və Ukrayna problemlərini həll edə bilərik. Bu, bizim problemlərdir. Biz onları xarici siyasi bürolar və müdaxilə olmadan həll etməliyik”, - Belarus prezidenti qeyd edib.

Interesting facts scroll top