» » » Bakıda "Cənubi Qafqaz beynəlxalq arenada: regionda və ətrafda əməkdaşlıq" beynəlxalq konfransı keçirilir

Bakıda "Cənubi Qafqaz beynəlxalq arenada: regionda və ətrafda əməkdaşlıq" beynəlxalq konfransı keçirilir

Bakıda "Cənubi Qafqaz beynəlxalq arenada: regionda və ətrafda əməkdaşlıq" beynəlxalq konfransı keçirilir
© Report.az

Bakıda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən təşkil edilən və "Caucasus International" jurnalının 5 illiyinə həsr olunan "Cənubi Qafqaz beynəlxalq arenada: regionda və ətrafda əməkdaşlıq" beynəlxalq konfransı keçirilir.

ucarliyiq.biz xəbər verir ki, çıxışı zamanı SAM-ın direktoru Fərhad Məmmədov jurnalının yaranma tarixi və onun Cənubi Qafqazın öyrənilməsi üzrə ixtisaslaşan alimlər və analitiklər üçün əhəmiyyətindən danışıb.

F.Məmmədov, həmçinin regiondakı vəziyyət və qonşu ölkələr arasında sərhədlərin bağlanmasına səbəb olan münaqişələr barədə danışıb. Dağlıq Qarabağ münaqişəsi haqqında danışan SAM rəhbəri bildirib ki, regionda sabitliyə əsas təhlükə Ermənistan-Azərbaycan münaqişəsi və ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin iştirakı ilə danışıqlar danışıqların nəticə verməməsi faktıdır.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin siyasi şöbəsinin müdiri Denis Daniilidis Aİ və Azərbaycan arasında bir çox sahələrdə möhkəm əlaqələrin olduğunu bəyan edib və tərəflər arasında son zamanlarda baş tutan səfərləri xatırladıb: "Artıq tərəf kimi bir-birimizi daha yaxşı anlayırıq. Aİ bu regionda Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalmaqda davam edir".

Ardından panel müzakirələr keçirilib və orada Rusiya, Gürcüstan, Çin, İran, Qazaxıstan və digər ölkələrdən olan ekspertlər və politoloqlar çıxış ediblər.

Interesting facts scroll top