» » » Metyu Brayza: "ABŞ-ın siyasi məkanında Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcək heç kim yoxdur"

Metyu Brayza: "ABŞ-ın siyasi məkanında Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcək heç kim yoxdur"


"On il əvvəl Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında müəyyən balans yaradan yeganə sənəd olan Madrid sənədi işlənib hazırlanıb. Lakin problem ondadır ki, iki ölkə prezidenti bir-birinə etibar etmir. Əsas odur ki, hər iki tərəf güzəştə getsin".

ucarliyiq.biz xəbər verir ki, bunu ekspert, ATƏT-in Minsk qrupunun keşmiş həmsədri Metyu Brayza "Cənubi Qafqaz beynəlxalq arenada: region və ətrafında əməkdaşlıq və rəqabət" beynəlxalq konfransında deyib.

M.Brayza həmçinin əlavə edib ki, münaqişənin yeganə həlli yolu Rusiya və ya ABŞ-ın vasitəçilik institutu və liderliyidir: "Amma düşünmürəm ki, ABŞ prezidenti Donald Tramp belə edəcək. Bunun üçün ona çox vaxt lazım gələcək. ABŞ-ın siyasi məkanında Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə verə biləcək heç kim yoxdur".

Analitik ABŞ-ın Xəzər regionunda fəal olmadığını qeyd edib. Onun sözlərinə görə, ABŞ-ın Xəzər regionunda əsas marağı enerji sektorunda sabitlik və əməkdaşlıqdır.

Interesting facts scroll top