» » » Parlamentlərarası İttifaqın baş katibi: “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”

Parlamentlərarası İttifaqın baş katibi: “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”

Parlamentlərarası İttifaqın baş katibi: “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”
© Azertag.az

Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov iyunun 16-da Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” xəbər verir ki, Ə.Əhmədov Parlamentlərarası İttifaqın baş katibinin Azərbaycana səfərinin yüksək qiymətləndirildiyini deyib. Ə.Əhmədov əmin olduğunu vurğulayıb ki, bu səfər parlamentlərarası əlaqələrin genişləndirilməsində mühüm rol oynayacaq, Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlığa töhfə verəcək. Ölkəmizin müstəqilliyinin bərpasının 25 illiyinin bu yaxınlarda qeyd edildiyini deyən baş nazirin müavini bildirib ki, keçmiş SSRİ-nin süqutundan sonra yaranan dövlətlər arasında Azərbaycan ən uğurla inkişaf edən ölkədir. “İnanıram ki, Azərbaycana səfəriniz çərçivəsində ölkəmizin inkişafının, əldə etdiyi nailiyyətlərin şahidi olacaqsınız”, - Ə.Əhmədov bildirib.

Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. O, təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin genişləndirilməsinə böyük önəm verdiyini qeyd edib.

“Səfərim çərçivəsində ölkənizin hərtərəfli inkişafının şahidi oldum və bu, mənə deməyə əsas verir ki, Azərbaycan bütövlükdə regionun inkişafı üçün lokomotiv rolu oynayır”, - M.Çunqonq vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Parlamentlərarası İttifaqın baş katibi deyib ki, təmsil etdiyi qurum münaqişənin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

scroll top