» » » Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın baş katibi ilə görüş keçirib

Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın baş katibi ilə görüş keçirib


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşüb

Azərbaycan XİN-dən ucarliyiq.biza verilən məlumata görə, görüşdə Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparılıb. Martin Çunqonq təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Nazir bu səfərin ikitərəfli əlaqələrə mühüm töhfə verəcəyinə əminlik ifadə edib.

Görüşdə Azərbaycanın MDB, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların parlament assambleyaları ilə uğurlu əməkdaşlığı qeyd edilib və müasir dövrdə parlament diplomatiyasının rolu xüsusi vurğulanıb.

Elmar Məmmədyarov belə səfərlərin, xüsusən intensiv görüşlərin və fikir mübadiləsinin aparılmasının daha sıx əməkdaşlıq üçün əhəmiyyətli vasitə olduğunu deyib.

scroll top