» » » Ukraynanın keçmiş prezidentləri Azərbaycanın dövlət başçısına dəstək nümayiş etdiriblər

Ukraynanın keçmiş prezidentləri Azərbaycanın dövlət başçısına dəstək nümayiş etdiriblər

Ukraynanın keçmiş prezidentləri Azərbaycanın dövlət başçısına dəstək nümayiş etdiriblər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - Ukraynanın keçmiş prezidentləri Viktor Yuşşenkodan (2005-2010) və Leonid Kravçukdan (1991-1994) Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına məktub daxil olub.

ucarliyiq.biz xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident, əzizimiz İlham Heydər oğlu!

İcazə verin, Azərbaycan üçün bu ağır günlərdə, Dağlıq Qarabağda yenə də dinc azərbaycanlı sakinlərin həlak olduğu, münaqişənin isə yenidən qızışdığı bir vaxtda Sizə və xalqınıza möhkəm dəstəyimizi ifadə edək. Təcavüzkarın və onun mütəffiqlərinin belə addımları bütün sivil dünya üçün təhlükəyə çevrilir. Biz ümid edirik ki, dünya birliyi bu faciəli hadisələrin lazımınca qiymətləndirilməsində həmrəylik nümayiş etdirəcək.

Əziz İlham Heydər oğlu, Qarabağ yarası və ölkənizin hər bir sakininin hiss etdiyi ağrı-acı biz ukraynalılara hər kəsdən daha aydın və yaxındır. Azərbaycan kimi, Ukrayna da ərazisində növbəti dondurulmuş münaqişə və anklav yaradılması üçün bütün cəhdlərə baxmayaraq, var gücü ilə öz ərazi bütövlüyünü bərpa etməyə çalışır. Odur ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi Ukrayna üçün və şəxsən bizim üçün həmişə müasir geosiyasətin dəyişməz postulatlarından biri olub və bundan sonra da olacaq.

Sizin əsası atanız, Prezident Heydər Əliyev tərəfindən qoyulmuş müdrik dövlət siyasətiniz sayəsində Azərbaycan dinlərin, mədəniyyətlərin və sivilizasiyaların dinc yanaşı mövcud olduğu dövlət nümunəsidir, tolerantlıq və multikulturalizm isə uğurlu dövlət siyasətinə çevrilib. Belə quruculuq siyasəti Azərbaycanın Qərb ilə yanaşı, bütün dünya ilə yaxınlaşmasına hər vəchlə mane olan ölkələrdə həsəd hissi və müqavimət doğurmaya bilməz.

Hörmətli cənab Prezident, bizə yaxşı məlumdur ki, bugünkü vəziyyətdə hadisələrin inkişafı təkcə Azərbaycan xalqının və Azərbaycan Ordusunun gücündən və mütəşəkkilliyindən deyil, həm də başqa ölkələrin dəqiq mövqeyindən asılıdır.

Biz inanırıq ki, Sizin ölkə tezliklə yenə də öz torpaqlarına və sərhədlərinə nəzarət etmək, düşmən tərəfindən işğal olunmuş və dağıdılmış əraziləri bərpa etmək imkanı əldə edəcək.

Möhtərəm cənab Prezident, icazə verin, çoxillik əməkdaşlığa, bizim üçün prinsipial olan bütün məsələlərdə, o cümlədən Ukraynanın ərazi bütövlüyü, onun Avropaya istiqamətlənmiş gələcəyi və müstəqilliyi məsələlərində dəstəyinizə və nöqteyi-nəzərinizə görə Sizə bir daha sonsuz təşəkkürümüzü bildirək. Bizə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin işində fəal iştirak etmək imkanı yaratdığınıza görə də Sizə minnətdarıq.

İcazə verin, Sizə öz ehtiramımızı və ən xoş arzularımızı ifadə edək, gözəl ölkənizə davamlı inkişaf və firavanlıq diləklərimizi çatdıraq."

scroll top