» » » Ermənistan və Rusiya XİN başçıları Avstriyada Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər

Ermənistan və Rusiya XİN başçıları Avstriyada Qarabağ münaqişəsi zonasındakı vəziyyəti müzakirə ediblər


Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov ilə Edvard Nalbandyan Avstriyanın Mauerbax kommunasında görüş keçiriblər.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş Avstriyanın Mauerbax kommunasında ATƏT-in qeyri-rəsmi nazirlər görüşü çərçivəsində baş tutub.

Ehtimal ki, görüş zamanı Qarabağ münaqişəsi zonasındakı vəziyyət müzakirə olunub.

Danışıqların bağlı qapılar arxasında keçirildiyi bildirilir.

Qeyd edək ki, bu gün Brüsseldə ATƏT-in Minsk qrupunun həməsdrlərinin təşəbbüsü və iştirakı ilə Ermənistan və Azərbaycan XİN başçıları Edvard Nalbandyan ilə Elmar Məmmədyarovun da görüşü planlaşdırılıb.

scroll top