» » » Azay Quliyev: “ATƏT PA bu sessiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı missiyasını yerinə yetirə bildi"

Azay Quliyev: “ATƏT PA bu sessiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı missiyasını yerinə yetirə bildi"

Azay Quliyev: “ATƏT PA bu sessiyada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı missiyasını yerinə yetirə bildi"
© Report.az

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti ATƏT PA-nın Minskdə keçirilən iclasında ciddi tənqid olundu".

ucarliyiq.biz-in xəbərinə görə, bunu ATƏT PA-nın vitse-prezidenti, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev deyib.

O bildirib ki, müzakirələr zamanı danışıqlardan yayınan Ermənistanın qısa müddət ərzində müzakirə masasına oturması və nəticəyə söykənən danışıqlara başlanması ilə bağlı fikirlər səsləndirilib: "Hesab edirəm ki, ATƏT PA bu sessiyada öz missiyasını yerinə yetirə bildi. Əminəm ki, qurumun bu mövqeyinin gələcəkdə də davam edəcəyinin şahidi olacağıq".

A.Quliyev vurğulayıb ki, ATƏT PA-nın budəfəki sessiyasında Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ məsələsi açıq şəkildə gündəmə gətirilib: "Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın iclaslarında Dağlıq Qarabağ məsələsini daim gündəmə gətirir və onunla bağlı çağırışlar edir. Azərbaycan nümayəndə heyətinin sessiyada Dağlıq Qarabağla ilk çağırışı münaqişənin Azərbaycanın ərazi bütövlüyü suverenliyi və sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində həll olunması ilə bağlı idi. İkinci çağırış Helsinki yekun aktının bu prinsip əsasında qəbul edilməsi, üçüncüsü isə Ermənistanın bu gün sui-istifadə etdiyi öz müqəddəratını təyinetmə prinsipinə ATƏT PA açıq şəkildə qiymət verməsi idi".

ATƏT-in vitse-prezidenti qeyd edib ki, heç bir halda öz müqəddartını təyinetmə ölkələrin ərazi bütövlüyü hesabına həyata keçirilə bilməz: "Ölkələrin sərhədlərinin toxunulmazlığı, suverenliyi zədələnə bilməz. Hesab edirəm ki, bu sənəd ən mühüm sənəd oldu".

scroll top