» » » Milli Məclis sədrinin müavini: "Füzulidə baş verən hadisə ilə bağlı ifadə olunan təəssüf hissi vəziyyəti dəyişmir"

Milli Məclis sədrinin müavini: "Füzulidə baş verən hadisə ilə bağlı ifadə olunan təəssüf hissi vəziyyəti dəyişmir"

Milli Məclis sədrinin müavini: "Füzulidə baş verən hadisə ilə bağlı ifadə olunan təəssüf hissi vəziyyəti dəyişmir"
© Report.az

"Füzulidə 2 yaşlı Zəhra Quliyevanın və nənəsinin Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi ilə bağlı ifadə olunan təəssüf hissi vəziyyəti dəyişmir".

ucarliyiq.biz-in məlumatına görə, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın iclaslarında təəssüf hissi ifadə etmək deyil, problemin həlli üçün ATƏT PA və ATƏT-in bütün institutları ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir: "Bunun üçün də təkliflərimizi verdik. Bu təkliflər yekun bəyannamədə də öz əksini tapdı".

B.Muradova qeyd edib ki, baş verən hadisə olduğu kimi Parlamant Asambleyasının diqqətinə çatdırılıb: "Füzulidə baş verən hadisəyə təəssüfünü bildirən ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi Kristian Vigenin bu məsələ ilə maraqlandığını, təxribatın törədildiyini və mülki əhaliyə qarşı qəsd olunduğunu vurğulayıb".

Onun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti Füzulidə baş verən hadisə, belə təxribatların təkcə Azərbaycana deyil, insanlığa qarşı yönəlmiş bir hərəkət olduğunu və onun pislənilməsini istəyib: "Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin tərkibi tam dəyişib, amma siyasətləri dəyişməyib, əvvəlki nümayəndə heyətinin siyasətini davam etdirirlər. Ermənistan nümayəndə heyətinin rəhbərinin çıxışında hər vəclə bu məsələnin tamamilə diqqətdən kənarda qalması və Azərbaycan tərəfinin də guya buna bərabər hərəkətlər etdiyinə inandırmağa çalışdı. Guya bu hadisədən Azərbaycan tərəfinin şou düzəltdiyini, bunun üzərində populist müzakirlələr apardığını vurğulamağa çalışıb. Bunlar əsassız fikirlərdi, hər kəs hadisənin necə baş verdiyini görür".

scroll top