» » » Azərbaycan səfirliyi ermənilərin törətdiyi vəhşiliklər barədə Küveyt XİN-i məlumatlandırıb

Azərbaycan səfirliyi ermənilərin törətdiyi vəhşiliklər barədə Küveyt XİN-i məlumatlandırıb

Azərbaycan səfirliyi ermənilərin törətdiyi vəhşiliklər barədə Küveyt XİN-i məlumatlandırıb

İyulun 4-də ermənilər tərəfindən açılan atəş nəticəsində Füzuli rayonun Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsi Sahibə Allahverdiyevanın öldürülməsi ilə əlaqədar, Azərbaycanın Küveytdəki səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə həmçinin ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatlara nota göndərilib.

Azərbaycanın Küveytdəki səfirliyindən ucarliyiq.biza verilən məlumata görə, nota Azərbaycan XİN-in bəyanatı ilə birgə ərəb və ingilis dilində təqdim olunub.

Eyni zamanda səfir Elxan Qəhrəmanın Ermənistan ordusunun təmas xəttində mülki vətəndaşlara qarşı törətdiyi son vəhşiliklə bağlı müsahibəsi hazırlanaraq ölkədəki bütün ərəb və ingilisdilli kütləvi informasiya vasitələrinə göndərilib.

Məsələ ilə əlaqədar Küveytdə gündəlik ərəb dilində nəşr edilən və böyük oxucu auditoriyasına malik "Əl-Nahar" qəzetinin internet saytında səfir E. Qəhrəmanın "Ermənilərin son təxribatçı hücumu Ermənistanın terrorçu bir dövlət olduğunu sübut edir", həmçinin "Əl-Cəridə" qəzetində "Azərbaycan Səfiri: Ermənistanın mülki vətəndaşları atəşə tutması beynəlxalq qanunları pozur" başlığında müsahibələri nəşr edilib.

Göstərilənlərlə yanaşı, Küveytin Elektron xəbərlər portalında və "Əl-Biləd" xəbərlər agentliyində də səfirin məsələ ilə bağlı müsahibəsi dərc olunub.

Interesting facts scroll top