» » » Akif Şəfiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub

Akif Şəfiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub


Azərbaycan Prezidenti İlham Əliyev A.Ə.Şəfiyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

ucarliyiq.biz xəbər verir ki, sənədə əsasən, dövlət sərhədinin mühafizəsi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Akif Əli oğlu Şəfiyev 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev digər sərəncamı ilə general-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

scroll top