» » » Türkiyə səfiri ermənilərin cəbhə xəttindəki təxribatlarını qəti şəkildə qınayıb

Türkiyə səfiri ermənilərin cəbhə xəttindəki təxribatlarını qəti şəkildə qınayıb

Türkiyə səfiri ermənilərin cəbhə xəttindəki təxribatlarını qəti şəkildə qınayıb
© Report.az

"İyulun 4-də ermənilərin açdığı atəş nəticəsində Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı azərbaycanlı qızın və onun nənəsinin ölümü ilə əlaqədar başsağlığı verirəm".

ucarliyiq.biz xəbər verir ki, bunu mətbuat konfransında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.

Səfir Ermənistanın belə hərəkətlərini qətiyyətlə pislədiyini bildirib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyulun 4-də Azərbaycanın işğal olunan ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

scroll top