» » » Qazaxıstan QHT-ləri: Alxanlıda törədilən təxribatın məsuliyyəti tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür

Qazaxıstan QHT-ləri: Alxanlıda törədilən təxribatın məsuliyyəti tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür

Qazaxıstan QHT-ləri: Alxanlıda törədilən təxribatın məsuliyyəti tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür

Qazaxıstanda fəaliyyət göstərən bir qrup qeyri-hökümət təşkilatları, araşdıma mərkəzləri, beynəlxalq təşkilatlar və Azərbaycan diasporu iyul ayının 4-də Füzuli rayonun Alxanlı kəndinin sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhranın həlak olması ilə bağlı bəyanatla çıxış ediblər.

Azərbaycanın Qazaxstandakı səfirliyindən ucarliyiq.biza verilən məlumata görə, Dünya Axısqa Türkləri İctimai Birliyi, uyğurların “Turan dünyası” Beynəlxalq Fondu, “Xəzər” İctimai Birliyi, eləcə də “Ozan” təşkilatının bəyanatda vurğulanıb ki, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması kimi vandalizm aktı qəbuledilməzdir: "Cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən sıx məskunlaşmış ərazilərdə yaşayan, aralarında qadınlar, uşaqlar və ahılların olduğu mülki əhaliyə qarşı qəsdən və hədəflənən hücumların edilməsinə göz yummaq ədalətsizlikdir".

Mənzil-qərargahı Almatı şəhərində olan Türk Xalqları Mədəniyyət Vəqfinin bəyanatında isə bildirilib ki, mülki əhaliyə və mülki obyektlərə birbaşa və qəsdən hücumlar, beynəlxalq humanitar hüquqa və insan haqlarına, xüsusilə Cenevrə konvensiyalarına və uşaqn hüquqlarına ziddir.

Qazaxıstanda akkreditasiya olunan Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyinə, “Qırmızı Xaç” “UNİSEF” Beynəlxalq uşaq təşkilatına, ATƏT-in Astana ofisinə ünvanlanan bəyanatda qeyd olunub ki, baş verən qətl hadisəsinin məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.

Bəyanatda erməni silahlı qüvvələrinin bütün cinayətkar əməlləri pislənilib, mülki əhalinin hədəfə çevrilməsinə son qoyulması və bu kimi hallara görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması tələb olunub.

Beynəlxalq Türk Akademiyasının bəyanatında isə vurğulanıb ki, Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması, xüsusilə də, münaqişə çərçivəsində ağır silahlarla mülki əhaliyə qarşı hücumlar edilməsi, beynəlxalq humanitar hüquqa və insani dəyərlərə ziddir: "Ona görə də, dünya ictimaiyyəti 2 yaşlı günahsız körpənin və yaşlı qadının öldürülməsinə seyriçi qalmamalıdır. Biz münaqişənin ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində, beynəlxalq hüququn əsas prinsipləri, BMT-nin qəbul etdiyi qətnamələr əsasında tezliklə həll edilməsini dəstəkləyirik. Mülki əhaliyə qarşı hücumları qətiyyətlə pisləyir, xain hücumda həyatlarını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik”

scroll top