» » » Dövlət başçısı: "Belə xoş münasibət ABŞ-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır"

Dövlət başçısı: "Belə xoş münasibət ABŞ-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır"

Dövlət başçısı: "Belə xoş münasibət ABŞ-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır"

"Bu il 24-cü Xəzər neft-qaz sərgi və konfransı keçirilib. Bu sərgi və konfrans dünya miqyasında enerji sektorunda seçilmiş tədbirlərdən biridir".

ucarliyiq.biz xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.

Dövlət başçısı qeyd edib ki, bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, bu tədbirə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp məktub göndərib: "Mənə ünvanlanan məktub əlbəttə ki, Xəzər neft-qaz sərgi və konfransının əhəmiyyətini artırır, eyni zamanda, Amerika Birləşmiş Ştatları tərəfindən Azərbaycanın icra etdiyi uğurlu enerji layihələrinə göstərilən növbəti dəstəkdir. Əlbəttə ki, belə xoş münasibət Amerika-Azərbaycan əlaqələrinin uğurlu inkişafı üçün yeni zəmin yaradır. Bir neçə gün bundan əvvəl Amerikanın dövlət katibi ilə İstanbulda görüşüm bir daha bizim strateji əlaqələrimizi təsdiqlədi və bu gün Amerika-Azərbaycan əlaqələri yeni mərhələyə qədəm qoyur".

Interesting facts scroll top