» » » Necdat Ünüvar: "Türkiyə və Azərbaycan arasında dostluq 1918-ci ildən indiyə qədər davam edir"

Necdat Ünüvar: "Türkiyə və Azərbaycan arasında dostluq 1918-ci ildən indiyə qədər davam edir"

Necdat Ünüvar: "Türkiyə və Azərbaycan arasında dostluq 1918-ci ildən indiyə qədər davam edir"

"Türkiyə və Azərbaycan arasında dostluq 1918-ci ildən, Azərbaycan Demokratik Respublikası yaradılan zamandan indiyə qədər davam edir. O vaxtdan bəri biz daim bir-birimizi dəstəkləyirik".

ucarliyiq.biz xəbər verir ki, bunu Türkiyə parlamentinin parlamentlərarası dostluq qrupunun rəhbəri Necdat Ünüvar Türkiyədə 2016-cı il iyulun 15-də baş verən dövlət çevrilişinə cəhdin ildönümünə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan çətin günlər keçirən zaman Türkiyə köməyə gəlib və əksinə, Türkiyə dara düşəndə Azərbaycan yardım edib.

"Bu gün yalnız SOCAR Türkiyə iqtisadiyyatına 12 milyard dollar sərmayə qoyub. Amma dostluğumuz bu pullardan üstündür. Bəlkə də dövlət çevrilişinə cəhd zamanı azərbaycanlı qardaşlarımızın dəstəyi və duaları sayəsində bu gün sağıq və Bakıdayıq. Həmin gün mən parlament binasında idim və o insanların törətdiklərinin hamısının şahidi oldum", - N.Ünüvar bildirib.

Öz növbəsində, Ədalət və İnkişaf Partiyasından (AKP) deputat olan Ayşe Keşir keçən il baş verən dövlət çevrilişi cəhdini daha əvvəllər Türkiyədə baş verən çevriliş cəhdləri ilə müqayisə edib.

"Ötən il iyulun 15-də olanlar dövlət çevrilişi cəhdi deyildi. Bu, Türkiyəni 50 il blokadaya sala biləcək vətəndaşlararası qarşıdurmaya bənzəyirdi. Türkiyənin inkişafını bəyənməyənlər var. Burada dövlət çevrilişinə cəhdlə Türkiyənin iqtisadi müstəqillik əldə etməsi və BVF-yə borcunu ödəyib bitirməsi arasında əlaqə hiss olunur", - xanım deputat əlavə edib.

Ardından N.Ünüvarın Türkiyənin "TRT World" telekanalı tərəfindən hazırlanan "Qazi Məclisdə o gecə" və "Tarix və Xatirələr" kitablarının təqdimatı keçirilib.

Qeyd edək ki, tədbirdə həmçinin "TRT World" telekanalının xəbərlər bölməsinin redaktoru Fatih Er, Milli Məclisin deputatları, azərbaycanlı tədqiqatçılar və politoloqlar iştirak ediblər.

Interesting facts scroll top