» » » Milli Preventiv Qrupunun üzvləri 2 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər

Milli Preventiv Qrupunun üzvləri 2 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər

Milli Preventiv Qrupunun üzvləri 2 saylı cəzaçəkmə müəssisəsinə baş çəkiblər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsinə əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib.

ucarliyiq.biz Ombudsman Aparatının mətbuat xidmətinə istinadən xəbər verir ki, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmədə məqsəd Müvəkkilin ünvanına daxil olmuş müraciətlərin araşdırılması, məhkumların hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.

Müraciətlərin və rəftar məsələlərinin araşdırılması ilə bağlı MPQ üzvləri tərəfindən həmin müəssisədə bir çox məhkum, o cümlədən İlqar Məmmədov, Qiyas İbrahimov da konfidensial qaydada qəbul edilərək dinlənilib, hüquqlarının təmin olunma vəziyyəti, qaldırdıqları məsələlər və sənədləşmə yerində araşdırılıb.

Bunlardan Qiyas İbrahimov müəssisəyə gətirildiyi zaman ona qarşı kobud rəftara yol verildiyini bildirib, müraciəti üzrə qaldırdığı məsələlər və onunla bağlı sənədləşmə yerində araşdırılıb.

Yeri gəlmişkən Q.İbrahimov hələ istintaq təcridxanasında saxlandığı dövrdə də dəfələrlə MPQ üzvləri tərəfindən qəbul olunub, müraciətləri dinlənilməklə Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa müraciətlər edilib, habelə sağlamlığı ilə bağlı qaldırdığı məsələlərə dərhal reaksiya verilməklə müvafiq tədbirlər görülüb və özü də bu barədə məlumatlandırılıb.

Qəbul zamanı məhkumlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilmiş, hər birinə qaldırdıqları məsələlərlə bağlı hüquqi məsləhətlər verilib.

Müəssisədə saxlanılma şəraitinin yaxşılaşdırılması məqsədilə görülən işlərin davam etdirildiyi müşahidə edilib, həyata keçirilən işlər çərçivəsində saxlanılma şəraitinin təkmilləşdirilməsinə olan ehtiyacın aradan qaldırılması, habelə xidmət əməkdaşlarının məhkumlarla rəftarına dair MPQ üzvləri tərəfindən müəssisə rəhbərliyi ilə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı aidiyyəti qurumlara müraciət olunacaq.

Interesting facts scroll top