» » » Biləsuvarda iki yük maşını toquşub, iki nəfər yaralanıb

Biləsuvarda iki yük maşını toquşub, iki nəfər yaralanıb

Biləsuvarda iki yük maşını toquşub, iki nəfər yaralanıb
© Foto: Report.az

Biləsuvar. 13 iyul. Ələt-Astara magistralının Biləsuvar rayonu ərazisindəki döngədə "Kamaz" və "Shagman" markalı yük avtomobili toqquşub.

ucarliyiq.biz-in Aran bürosu xəbər verir ki, nəticədə 2 nəfər xəsarət alıb.

Bunlar "Kamaz"ın sürücüsü, 1982-ci il təvəllüdlü İsgəndərov Araz Lətif oğlu və adı hələlik məlum olmayan "Shagman"ın sürücüsüdür.

Yaralılar dərhal Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. A.İsgəndərovun vəziyyəti ağırdır. Digər sürücüyə ilkin tibbi yardım göstərilib və o, evə buraxılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Interesting facts scroll top