» » » Türkiyəli nazir: "FETO terror təşkilatı İŞİD-dən, PKK-dan fərqlənmir"

Türkiyəli nazir: "FETO terror təşkilatı İŞİD-dən, PKK-dan fərqlənmir"


Türkiyə. Ankara. 13 iyul. "2016-cı ilin iyulun 15-də baş verən dövlət çevirilişinin qarşısının alınmasında Türkiyə mediasının böyük rolu olub. Bu, qəhrəmanlıqdır. Hələ şəkillərə baxarkən o gecəni hiss edirik. Bu, həm də zəfərdir".

ucarliyiq.biz-in xəbərinə görə, bunu Türkiyənin Ailə və sosial siyasətlər naziri Fatma Betül Sayan deyib.
O bildirib ki, 15 iyul Türkiyə tarixinin ən qorxunc gecəsi olub: "Bu, işğala cəhd idi. Bu hadisəni törədənlər FETO terror təşkilatı təşkil etmişdi. Bu təşkilat İŞİD-dən, PKK-dan fərqlənmir. Bu cür hərəkətlər demokratiyaya təhdiddir. Təhsil vermək üçün açdıqları mərkəzlərdə silahlılar yetişdirdilər. İndi onlar hesab verirlər, etdiklərinin cavabını verəcəklər. 15 iyulun işğala cəhd olduğunu unutmamalıyıq. Bunun dünyada tayı-bərabəri yoxdur. Həmin gecə şəhid verdik, insanlarımız yaralandı, uşaqlar yetim qaldı. Türkiyə Böyük Millət Məclisi bombalandı, polislərə atəş açıldı, xalq silah çəkildi. Amma biz həmin gecə əyilmədik, mübarizə apardıq".

scroll top