» » » Prezident pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramını təsdiqləyib

Prezident pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramını təsdiqləyib


Prezident İlham Əliyev "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

“Report”un xəbərinə görə, sərəncam Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi, bu sahədə ixrac potensialının artırılması və kənd əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə verilib.

Sənədlə “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı” təsdiqlənib.

Nazirlər Kabinetinə Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək məqsədi ilə hər il dövlət büdcəsi və Dövlət İnvestisiya Proqramı tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırlıb.

Kənd Təsərrüfatı Nazirliyinə İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.

Interesting facts scroll top