» » » Zakir Həsənov: "Azərbaycana Rusiya silahlarının tədarükü üzrə saziş 90% yerinə yetirilib"

Zakir Həsənov: "Azərbaycana Rusiya silahlarının tədarükü üzrə saziş 90% yerinə yetirilib"


Azərbaycana Rusiyadan tanklar, "Smerç" raket sistemləri və "Msta-S" qurğusunun tədarükü üzrə saziş 90% yerinə yetirilib, rəsmi Bakı silahların pulunu ödəyib və onları uğurla tətbiq edir.

ucarliyiq.biz xəbər verir ki, bu barədə RİA "Novosti"yə müsahibəsində Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib.

"Müqavilə artıq demək olar, 90% yerinə yetirilib. Silahların pulunu ödəmişik. Çox kiçik məbləğ qalıb. Bütün silahlar Azərbaycanda uğurlu sınaqdan keçirilir. Bütün bunlar müasir silahlardır. Onlardan istifadə qaydalarını öyrənmişik və tətbiq edirik", - Z.Həsənov vurğulayıb.

Bununla yanaşı, nazir Azərbaycan tərəfinin Rusiyanın Suriyadakı döyüş fəaliyyəti təcrübəsini öyrəndiyini açıqlayıb.

"Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə dəfələrlə fikir mübadiləsi aparmışıq. Müvafiq qurumlarımız əlaqədə olublar. Rusiya tərəfinə təşəkkür edirik, bizə lazımi materilları təqdim etdilər. Bunu regionumuza tətbiq edəcəyik", - müdafiə naziri deyib.

scroll top