» » » Özbək jurnalistlər və yazarlar Azərbaycana gələcəklər

Özbək jurnalistlər və yazarlar Azərbaycana gələcəklər

Özbək jurnalistlər və yazarlar Azərbaycana gələcəklər

“Azərbaycan-Özbəkistan qardaşlıq körpüsü” adlı layihə çərçivəsində Özbəkistanın bir qrup jurnalisti və yazarı Azərbaycana gələcək.

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzindən ucarliyiq.biza verilən məlumata görə, səfər iyulun 17-dən 24-dək davam edəcək.

Layihənin əsas məqsədi özbək yazarlara və junrnalistlərə Azərbaycan, onun son illər əldə etdiyi nailiyyətlər, ölkənin ictimai həyatı, mədəniyyəti, turizmi, Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumatlandırmaq, habelə iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirmək, Azərbaycan və Özbəkistan mətbuatı arasında birbaşa əlaqələrin yaradılmasına dəstək olmaqdır.

Səfər çərçivəsində özbək jurnalistlər Bakıda Şəhidlər Xiyabanı, Qubadakı Soyqırım abidəsi ziyarət edəcək, Tərtər rayonunda təmas xəttindəki kəndlərə, Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə baş çəkəcəklər.

Öz ölkələrinə qayıtdıqdan sonra media turda iştirak edən jurnalistlərin yerli mətbuatda Azərbaycanla bağlı silsilə məqalələr yazması, Azərbaycanın tarixi, mədəniyyəti, turizmi, ədəbiyyatı, son illər əldə etdiyi nailiyyətlətlərə dair Özbəkistanın televiziya kanallarında çoxsaylı verilişlərin yayımlanması nəzərdə tutulur.

Interesting facts scroll top