» » » XİN rəhbəri: "Rəsmi Bakı ÜAK məsələsinin müsbət nəticəsinə ümid edir"

XİN rəhbəri: "Rəsmi Bakı ÜAK məsələsinin müsbət nəticəsinə ümid edir"

XİN rəhbəri: "Rəsmi Bakı ÜAK məsələsinin müsbət nəticəsinə ümid edir"
© Report.az

"Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Azərbaycanla Rusiya arasında humanitar əlaqələrin inkişafında vacib rol oynayırdı."

ucarliyiq.bizun verdiyi xəbərə görə, bu barədə RİA "Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Biz dəfələrlə müxtəlif səviyyələrdə məsələyə münasibətimizi bildirmişik. Bu təşkilat iki ölkə arasında humanitar və digər münasibətlərin inkişafında vacib əlaqələndirici rolu oynayırdı", - nazir deyib.

Onun sözlərinə görə, ÜAK ona qarşı irəli sürülən hüquqi çatışmazlıqları aradan qaldırıb.

"Bu məsələyə dair apellyasiya qərarının müsbət nəticəsinə ümid edirik", - E.Məmmədyarov deyib.

scroll top