» » » Azərbaycan Prezidenti: "Bizim əsaslı maliyyə resurslarımız var və maliyyə resursları xarici borcdan 5 dəfə çoxdur"

Azərbaycan Prezidenti: "Bizim əsaslı maliyyə resurslarımız var və maliyyə resursları xarici borcdan 5 dəfə çoxdur"


"Bizim iqtisadiyyatı sabit və proqnozlaşdırılan edə bilən əsaslı maliyyə resurslarımız var və maliyyə resursları xarici borcdan 5 dəfə çoxdur. Buna görə də ölkəmiz Latviyaya, Avropaya dost ölkədir."

ucarliyiq.biz xəbər verir ki, bunu Prezident İlham Əliyev Riqada Latviya-Azərbaycan biznes forumunda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, Avropa ölkələri ilə çoxlu biznes əlaqələri var və bu gün imzalanan strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə bu qəbildən olan on birinci bəyannamədir: "Azərbaycanın Avropa İttifaqının üzvü olan on bir ölkə ilə strateji tərəfdaşlıq üzrə əməkdaşlıq formatı var. Bu gün biz əsasən meqalayihə olan Şimal-Cənub nəqliyyat şəbəkəsinin həyata keçirilməsi ilə yaranacaq imkanları müzakirə etdik. Bu layihə nəinki təkcə inşaat zamanı iş yerlərini yaradacaq, eyni zamanda, Cənubdan Şimala və Şimaldan Cənuba gedən, ərazilərimizdən keçən yükdaşımalarının həcmini əhəmiyyətli dərəcədə artıracaqdır. Biz tranzit üçün daha önəmli ölkələrə çevrilərək daha çox faydalar qazanacağıq və əlbəttə ki, bu, biznes şirkətləri üçün çoxlu fürsətlər yaradacaqdır. Həmçinin Azərbaycanın hazırda icra etdiyi vacib layihə və birbaşa Avropa maraqlarına və əlbəttə ki, bizim maraqlara yönələn enerji şaxələnməsi layihəsi olan Cənub Qaz Dəhlizidir. Bu, indi ola bilsin ki, Avropada icra edilməkdə olan ən böyük infrastruktur layihəsidir. Layihənin ümumi dəyəri 40 milyard dollardır. Bu, Avropa İttifaqı bazarını yeni marşrutla və yeni mənbədən Azərbaycan qazı ilə təchiz edəcək layihədir. Bu, həqiqi şaxələnmədir. Çünki enerjinin şaxələnməsi təkcə marşrutların şaxələnməsi demək deyil, bu, əsasən mənbələrin şaxələnməsi deməkdir. Bizim layihədə bu, məhz belədir. Enerji təhlükəsizliyi bizim hamımızın bildiyi kimi, hər bir ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də Azərbaycanda icra etdiyimiz bir çox layihələr sərhədlərimizin hüdudlarından çox kənara uzanır."

scroll top