» » » Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü ərəfəsində işçi qrupun iclası başlayıb

Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan XİN başçılarının görüşü ərəfəsində işçi qrupun iclası başlayıb


Bakıda Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində işçi qrupunun iclası başlayıb.

ucarliyiq.biz xəbər verir ki, iclasda üç ölkənin xarici siyasət idarələrinin nümayəndələri iyulun 19-da baş tutacaq XİN başçılarının 4-cü görüşündə baxılacaq məsələlərimüzakirə edirlər.

Qeyd edək ki, Azərbaycan-Türkmənistan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2014-cü il mayın 26-da Bakıda keçirilib. Bunun ardınca həmin ilin iyunun 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin o zamankı dövlət başçısı Abdulla Gül və Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdimuhamedov arasında ikitərəfli və üçtərəfli formatda görüşlər keçirilib.

2015-ci il yanvarın 29-da Aşqabadda adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən, 2015-2017-ci illər üçün Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli əməkdaşlığının Çərçivə Proqramı qəbul olunub.

2015-ci il avqustun 28-də Türkiyənin Antalya şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Görüşün yekunlarına dair Antalya Bəyanatı qəbul olunub. Bunun ardınca 2015-ci il oktyabrın 9-da Azərbaycan, Türkiyə və Türkmənistan arasında Xəzər tranzit keçidləri üzrə birgə Texniki Komitənin birinci iclası keçirilib.

scroll top