» » » İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik fəaliyyəti başa çatıb

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin diplomatik fəaliyyəti başa çatıb


Müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 18-də İspaniya Krallığının Azərbaycandakı diplomatik fəaliyyəti başa çatan müvəqqəti işlər vəkili Xose Luis Diez Xuares ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ucarliyiq.biza verilən məlumata görə, Azərbaycan ilə İspaniya arasında hərbi, hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə olunub, iki ölkə arasında hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyi vurğulanıb.

Müdafiə naziri Azərbaycanla İspaniya arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə diplomata təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Diplomat isə öz növbəsində ölkəmizdə fəaliyyəti dövründə İspaniya ilə Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edib. O, Azərbaycandan xoş təəssüratlarla ayrıldığını, Azərbaycan dövlətinin və xalqının daim səmimi dostu olaraq qalacağını vurğulayıb.

scroll top