» » » AŞPA monitorinq komitəsinin həmməruzəçisi Səməd Seyidov Serbiyaya gedib

AŞPA monitorinq komitəsinin həmməruzəçisi Səməd Seyidov Serbiyaya gedib


Milli Məclisin deputatı, AŞPA monitorinq komitəsinin Serbiya üzrə həmməruzəçisi Səməd Seyidov Belqrada gedib.

ucarliyiq.biz AŞPA-nın rəsmi saytına istinadən xəbər verir ki, S.Seyidov Finlandiyadan olan digər həmməruzəçi Mariya Quzenina ilə birlikdə iyulun 18-dən 21-dək Serbiyada səfərdə olacaq.

Belqrad, Buyanovats və Preşevoya səfərləri çərçivəsində həmməruzəçilər Serbiyanın AŞPA qarşısında üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi gedişini öyrənəcəklər.

Həmməruzəçilər həmçinin Serbiya rəsmiləri və bu ölkənin QHT və KİV nümayəndələri ilə bir sıra görüşlər keçirəcəklər.

scroll top