» » » İndoneziya səfiri Xələf Xələfovla ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib

İndoneziya səfiri Xələf Xələfovla ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib

İndoneziya səfiri Xələf Xələfovla ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə edib

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fanani Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfovla görüşüb.

İndoneziyanın Azərbaycandakı səfirliyindən ucarliyiq.biza verilən məlumata görə, tərəflər ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

Bundan əlavə, səfirlə X.Xələfov İndoneziyanın Azərbaycanda müxtəlif tədbirlər təşkil etməsi, o cümlədən sentyabr ayında Bakıda baş tutacaq İndoneziya Mədəniyyət Festivalının keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

scroll top