» » » Səid Xan Mohmand: "Pakistanda hakimiyyət dəyişikliyi ölkənin xarici siyasətini dəyişməyəcək"

Səid Xan Mohmand: "Pakistanda hakimiyyət dəyişikliyi ölkənin xarici siyasətini dəyişməyəcək"

Səid Xan Mohmand: "Pakistanda hakimiyyət dəyişikliyi ölkənin xarici siyasətini dəyişməyəcək"
© Report.az

"Pakistanda hakimiyyət dəyişikliyi ölkənin xarici siyasətində dəyişikliyə səbəb olmayacaq".

ucarliyiq.biz xəbər verir ki, bunu brifinqdə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Onun sözlərinə görə, Baş nazir Navaz Şərifin Ali Məhkəmə tərəfindən vəzifəsindən uzaqlaşdırılmasına baxmayaraq, onun rəhbərlik etdiyi partiya hələ də ölkəni idarə edir.

"Ölkənin böhran vəziyyətində olduğunu düşünmürəm. Yürütdüyümüz siyasət ondan ibarətdir ki, bütün qonşu ölkələrlə, xüsusilə də İslam dünyası ölkələri ilə yaxşı münasibətlərimiz olsun", - diplomat bildirib.

Interesting facts scroll top