» » » Səfir: "Pakistan baş nazirinin Bakıya səfərindən sonra iki ölkə münasibətləri genişlənib"

Səfir: "Pakistan baş nazirinin Bakıya səfərindən sonra iki ölkə münasibətləri genişlənib"

Səfir: "Pakistan baş nazirinin Bakıya səfərindən sonra iki ölkə münasibətləri genişlənib"
© Report.az

"Ötən ilin oktyabr ayında Pakistanın Baş naziri Navaz Şərifin Azərbaycana səfərindən sonra Pakistan və Azərbaycan arasında münasibətlər genişlənib, bir sıra yüksək səviyyəli səfərlər, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək məqsədi ilə Pakistana işgüzar səfəri həyata keçirilib".

ucarliyiq.biz xəbər verir ki, bunu brifinqdə Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand deyib.

Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycan Prezidenti ilə Pakistanın baş naziri arasında görüş baş tutub və bu görüş zamanı ticarət dövriyyəsinin səviyyəsinin artırılması, biznes əlaqələrin genişləndirilməsi barədə razılıq əldə olunub. Diplomat bu baxımdan son bir neçə ay ərzində iki ölkə arasında edilən müxtəlif səfərləri, eləcə də imzalanmış sənədləri xatırladıb.

Səfir həmçinin bu il oktyabrın 9-12-də Karaçidə keçiriləcək "Expo Pakistan" sərgisinə AZPROMO-nun da dəvət aldığını xatırladıb. S.Xan Mohmand Azərbaycanın bu sərgidə iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

scroll top