» » » Prezident “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ni təsdiqləyib

Prezident “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ni təsdiqləyib

Prezident “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ni təsdiqləyib
© Report.az

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi” təsdiq edilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində təsisçinin səlahiyyətlərinin həyata keçirilməsində nizamnamənin təsdiqi, nizamnamə fondunun miqdarının müəyyən edilməsi; İdarə Heyəti sədrinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; yenidən təşkili və ləğvi məsələləri Azərbaycan Respublikasının Prezidentinə həvalə edilib.

Nazirlər Kabinetinə isə Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, İdarə Heyətinin digər iki üzvünün vəzifəyə təyin və vəzifədən azad edilməsi; strukturunun və illik maliyyə hesabatlarının təsdiqi; təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi; xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi həvalə olunub.

Müəyyən edilib ki, idarənin nizamnamə fondu 1 000 000 manatdır və dövlət büdcəsi vəsaiti hesabına formalaşdırılır.

Interesting facts scroll top