» » » Ötən ay Naxçıvanda qanunvericiliyin tələblərini pozmuş 32 əcnəbi aşkarlanıb

Ötən ay Naxçıvanda qanunvericiliyin tələblərini pozmuş 32 əcnəbi aşkarlanıb


Ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma və yaşama qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərini pozmuş 32 əcnəbi aşkarlanıb.

ucarliyiq.biz Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə istinadən xəbər verir ki, onlardan 29-u barəsində Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 3-ü barəsində inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib.

Ümumilikdə ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 1690 müraciət daxil olub. Müraciətlərdən 83-ü əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti və daimi yaşamaq üçün icazənin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 1607 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərin 487-si xidmətin sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən bölmələri tərəfindən qəbul və icra edilib.

Hazırda Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq ardıcıl maarifləndirmə tədbirləri həyata keçirilir.

scroll top