» » » Azərbaycan və Rusiya komandaları “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qalibi olublar

Azərbaycan və Rusiya komandaları “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qalibi olublar

Azərbaycan və Rusiya komandaları “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin qalibi olublar
© Mod.gov.az

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bazasında “Dəniz kuboku - 2017” beynəlxalq müsabiqəsinin yekunlarına dair hakimlər kollegiyasının yekun iclası keçirilib.

Müdafiə Nazirliyindən ucarliyiq.biza verilən məlumata gör, iclasda Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin iştirakı ilə keçirilən müsabiqənin bütün mərhələ və epizodlarının yerinə yetirildiyi bildirilib.

Hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycanın HDQ-nin “G-124” gözətçi gəmisi və Rusiya HDD-nın “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.

İran HDQ-nin “Cövşən” raket kateri 234 balla ikinci və Qazaxıstan HDQ-nin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.

Interesting facts scroll top