» » » Azərbaycan prezidenti Misirin dövlət başçısına başsağlığı verib

Azərbaycan prezidenti Misirin dövlət başçısına başsağlığı verib


Azərbaycan Prezidenti İlham Əliyev Misirin dövlət başçısı Əbdülfəttah əs-Sisiyə başsağlığı məktubu göndərib.

“Report” xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

İsgəndəriyyə şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını diləyirəm”.

scroll top