» » » Professor Qulu Məhərrəmli Hacıbala Abutalıbova etiraz edib

Professor Qulu Məhərrəmli Hacıbala Abutalıbova etiraz edib

Professor Qulu Məhərrəmli Hacıbala Abutalıbova etiraz edib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26" kafesi ilə bağlı məsələ ətrafında yaranmış müzakirələr səngimir.


ucarliyiq.biz xəbər verir ki, bir sıra ictimai xadimlər, ziyalılar kafenin bağlanmasına etirazlarını ifadə edirlər.


Onlar arasında Bakı Dövlət Universitetinin professoru, tanınmış aparıcı Qulu Məhərrəmli də var. Q.Məhərrəmli baş verənlərin heç də təsadüfi olmadığını deyərək təəssüfünü ifadə edib: "Hesab edirəm, bir kafe ilə bağlı hay-küyün yaradılması məqsədli xarakter daşıyır. Bunun arxasında qeyri-sağlam qüvvələr dayanır. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun müəmmalı ada görə hansısa kafeni bağlaması və məhkəmə qərarı olmadan sahibkarın əmlakına əl qoyulması qanundan kənardır. Hacıbala Abutalıbovun AYB-nin ünvanına səsləndirdiyi “erməni” ittihamı qeyri-etikdir. Zənnimcə o, cəmiyyəti də öz emosional davranışlarına şərik etmək istəyir".

Interesting facts scroll top