» » » İctimai birlik sədri Bakı Şəhər İcra Hakimiyyətinin başçısını qınayıb

İctimai birlik sədri Bakı Şəhər İcra Hakimiyyətinin başçısını qınayıb

İctimai birlik sədri Bakı Şəhər İcra Hakimiyyətinin başçısını qınayıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) icarəyə verdiyi binada fəaliyyət göstərən və artıq bağlanan "26" kafesi ilə bağlı məsələ ətrafında yaranmış müzakirələrə qoşulanların sayı çoxalır.


ucarliyiq.biz xəbər verir ki, ictimai-siyasi xadimlər, ziyalılarla yanaşı, qeyri-hökumət təşkilatlarının rəhbərləri də ictimai iaşə obyektinin fəaliyyətinin məhkəmə qərarı olmadan dayandırılmasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısını qınayırlar.


Belə şəxslərdən olan Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əskərqızı qeyd edib ki, hər bir məsələdə olduğu kimi bu məsələdə də əsas şərt qanunun şah olmasıdır: "Birinci dərəcəli, ən ümdə məsələ qanunun qorunmasıdır. Lakin bəzi vəzifəli şəxslər bəzən qaş düzəltmək istədikləri yerdə vurub gözü də çıxarırlar. Bu məsələ məhkəmə yolu ilə həll edilməli idi. Burda nə var ki? Məhkəmənin qərarını əldə etmək üçün bir gün vaxt tələb olunur.


Hacıbala müəllim deyir ki, bu işdə erməni izi var. Bu izi niyə ictimaiyyətə təqdim etmirlər? Axı belə olduqda insanlar çaşqın vəziyyətə düşürlər. Bilmirlər ki, nə doğrudur, nə yalan. Belə addımlar mənasız söz-söhbətlərə yol açdı. Baş verənlərə təəssüf edirəm".


İctimai birlik sədri hesab edir ki, bu cür məsələlər hüquqi müstəvidə həllini tapmalıdır: "Hacıbala müəllim ermənilərlə yaxınlığı olan şəxslərə barmaq silkələyirsə, onda bəzi şəxslərdən başlamalıdır. Belə olsa, bu işin çox yüksək nəticəsi olacaq". 

Interesting facts scroll top