» » » Son bir ildə terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə Azərbaycan vətəndaşlığından 151 nəfər məhrum edilib

Son bir ildə terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə Azərbaycan vətəndaşlığından 151 nəfər məhrum edilib


Ağdam. 12 sentyabr. “Dünyanın müxtəlif yerlərində hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaraq ölkəmizin də təhlükəsizliyinə təsir göstərir”.


“Report”un xəbərinə görə, bunu Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, general-mayor İlqar Musayev deyib.


O qeyd edib ki, buraya son illərdə geniş vüsət almış dini radikallaşma meyillərinin güclənməsi, dini pərdəaltında terrorçu və ekstremist fəaliyyətin yayılması kimi faktorlar aiddir: “Təəssüflər olsun ki, əksəriyyəti gənclər olan bir qisim Azərbaycan vətəndaşı da radikal və ekstremist təbliğatın təsiri altında ölkəmizə yaxın Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulub. Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb. Terrorçu təşkilatlara qoşulan 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub. Qanuna əsasən, terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son 1 ildə Azərbaycan vətəndaşlığından 151 nəfər məhrum edilib”.

Interesting facts scroll top