» » » Dövlət Komissiyası Qarabağ münaqişəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının sayını açıqlayıb

Dövlət Komissiyası Qarabağ münaqişəsində itkin düşmüş Azərbaycan vətəndaşlarının sayını açıqlayıb


Ağdam. 12 sentyabr. “İşçi Qrup son 2 ildə itkinlərə aid siyahıların dəqiqləşdirilməsi sahəsində ciddi və təxirəsalınmaz işlər aparır. Hazırda bu iş yekunlaşıb. Amma problemin həssas, eyni zamanda humanitar tərəfini nəzərə alsaq, siyahıda cüzi dəyişikliklərin edilməsi mümkündür”.


“Report”un xəbərinə görə, bunu Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilən "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumunda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.


O, bu ilin sentyabrın 1-nə olan statistikanı da açıqlayıb: “Dövlət Komissiyasında 1 sentyabr 2017-ci il tarixə olan məlumata əsasən, 3868 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3126 nəfəri hərbiçilər, 742 nəfəri mülki şəxslərdir. Mülki şəxslərin arasında 62 nəfər uşaq, 262 nəfər qadın, 302 nəfəri isə qocadır. Bundan başqa, itkin düşmüş 3868 nəfərin 872 nəfəri intensiv hərbi əməliyyatlar zamanı Ermənistan hərbiçiləri tərəfindən əsir və girov götürülməsi, saxlanılması barədə məlumatlar əldə edilib. Onlardan 591 nəfəri hərbçi, 281 nəfəri mülki şəxsdir. Mülki şəxslərin arasında 29 uşaq, 98 qadın, 111 qoca olub”.


İşçi Qrupunun rəhbəri qeyd edib ki, münaqişə zamanı Ermənistan tərəfindən bütün beynəlxalq normalar pozulub.

Interesting facts scroll top