» » » Çelyabinsk gəncləri bir həftəlik tur çərçivəsində Azərbaycanla tanış olacaqlar

Çelyabinsk gəncləri bir həftəlik tur çərçivəsində Azərbaycanla tanış olacaqlar


Moskva. 12 sentyabr. Rusiyanın Çelyabinsk vilayətindən ola bir qrup tələbə və müəllim sentyabrın 18-dən 24-dək Azərbaycanda səfərdə olacaq.


Bu barədə ucarliyiq.biz-in Rusiya bürosu xəbər verir.


"Rusiya - Azərbaycan: dostluq qanadlarında" adlı V Çelyabinsk vilayəti üzrə uşaq və gənclər yaradıcılığı festival-müsabiqəsinin 5 qalibi və 3 müəllim Azərbaycana pulsuz səyahət etmək imkanı qazanıblar.


Müsabiqənin və səfərinin təşkilatçısı "Ozan" Azərbaycan mədəniyyət mərkəzidir.


Mərkəzin sədri Rafail Quliyevin sözlərinə görə, müsabiqə qaliblərinin Azərbaycana səfəri artıq ənənə halını alıb: "Bu, sayca dördüncü səfərdir. Bundan öncəki səfərlər üçün lazım olan vəsait yalnız Azərbaycan diasporu tərəfindən ayrılırdı. Bu il isə vəsaitin 30% Çelyabinsk şəhər administrasiyası tərəfindən qrant şəklində verilib. Rusiyalıların Bakıda istirahət proqramının təşkil edilməsi ilə şəhərin Mədəniyyət İdarəsi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi məşgul olur".


Proqram çərçivəsində Rusiyalı qonaqlar Bakının görməli yerləri ilə tanış olacaq, regionlara səfər edəcək, yaşıdları ilə görüşəcək və s.

Interesting facts scroll top