» » » Quzanlıda Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu keçirilir

Quzanlıda Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu keçirilir

Quzanlıda Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu keçirilir
© Report.az

Ağdam. 12 sentyabr. Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq" adlı Azərbaycanın işğal olunmuş və cəbhəyanı rayonlarının gənclərinin forumu keçirilir.


ucarliyiq.biz-in Ağdama ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, forumun təşkilatları Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir.


Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.


Forumda rəsmi şəxslər, Milli Məclisin deputatları, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edir.


Forumda bildirilib ki, belə tədbirlər Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin, yetişməkdə olan gənc nəslin vətənpərvər, dövlətçilik, xalqımızın maraqlarının etibarlı gələcəyinin təminatçısı kimi yetişməsi, tərbiyə olunması, intellektual potensialının yüksəldilməsi işinə göstərdiyi diqqət və qayğısının əyani nüminəsidir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü və bilavasitə iştirakı ilə gənclər və idman sahəsində həyata keçirilən tədbirlər, gənclərin bu işdə geniş şəkildə və coşqu ilə iştiraklarına şərait yaradılması xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır və təqdir edilir. Azərbaycanın ayrılmaz torpağı olan Qarabağda - Ağdamda bu forumun keçirilməsi də dövlət başçısının yürütdüyü gənclər siyasətinin bariz nümuməsidir.

Tədbirin sonunda Prezident İlham Əliyevə forum adından müraciət ünvanlanacağı gözlənilir.

Interesting facts scroll top