» » » Azərbaycanın Türkiyədəki səfiri və NATO yanında Nümayəndəliyinin başçısı geri çağırılıb

Azərbaycanın Türkiyədəki səfiri və NATO yanında Nümayəndəliyinin başçısı geri çağırılıb

Prezident İlham Əliyev Xəzər İbrahimin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.


“Report” xəbər verir ki, sərəncamla Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılıb.


Prezidentin imzaladığı digər sərəncamla Faiq Nüsrət oğlu Bağırov Azərbaycan Respublikasının Türkiyə Respublikasında və eyni zamanda Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Interesting facts scroll top