» » » Sosial sığorta ehtiyatından istifadə və sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi qaydaları təsdiqlənib

Sosial sığorta ehtiyatından istifadə və sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi qaydaları təsdiqlənib

Sosial sığorta ehtiyatından istifadə və sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi qaydaları təsdiqlənib
© President.az

Prezident İlham Əliyev “Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.


ucarliyiq.biz-in məlumatına görə, fərmanla Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikası Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir sıra normativ hüquqi aktları bir ay müddətində təsdiq edib onların Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 


Ədliyyə Nazirliyinə isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

Interesting facts scroll top