» » » Səfir: "Gələn il Bakıda Nuru Paşanın heykəlinin ucaldılacağına inanırıq"

Səfir: "Gələn il Bakıda Nuru Paşanın heykəlinin ucaldılacağına inanırıq"

Səfir: "Gələn il Bakıda Nuru Paşanın heykəlinin ucaldılacağına inanırıq"
© Report/ Firi Səlim

"Bakıda Nuru Paşanın heykəlinin ucaldılması hər bir türkün təbii istəyidir. İnşallah gələn il Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsinin yüzüncü ildönümündə bunun şahidi olacağıq".


ucarliyiq.biz-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral deyib.


Onun sözlərinə görə, gələn il Bakının erməni daşnaklarından azad edilməsinin 100 illiyi qeyd ediləcək.


E.Özoral deyib ki, Türkiyə Azərbaycanla birlikdə Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla, ən qısa zamanda, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyir: "Hər kəs bu məsələnin sülh, doğma dədə-baba yurdlarından məcburi köçkün düşən insanların geri dönməsini təmin edəcək formada həll olunmasını istəyir. Ötən ilin aprel hadisələri Azərbaycanın ordusunun hərbi güc sahəsində nəyə qadir olduğunu göstərdi. Bunu hər kəs görməlidir".

Interesting facts scroll top