» » » Sergey Markov: "Azərbaycan Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir"

Sergey Markov: "Azərbaycan Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir"

Sergey Markov: "Azərbaycan Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir"
© Sputnik/ Vladimir Trefilo

Moskva. 14 sentyabr. "Bu gün Azərbaycan geosiyasi bölgüdə xüsusi yer tutur".


ucarliyiq.biz-in Rusiya bürosunun məlumatına görə, bunu Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov "Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru" konfransında deyib.


"Azərbaycanın xüsusi iqtisadi və siyasi rolunu nəzərə alsaq,  Dağlıq Qarabağ haqqında güc nöqteyi-nəzərdən danışmaq hüququna malikdir", - S.Markov bildirib.


Ekspertin sözlərinə görə, bu yaxınlarda Rusiyanın və NATO-nun Baş Qərargah rəislərinin Bakıda keçirdiyi görüş rəsmi Bakının geosiyasi bölgüdə xüsusi yer tutduğunun təsdiqidir.


S.Markov qeyd edib ki, Rusiya bu gün bütün səviyyələrdə - siyasət, mədəniyyət, vətəndaş cəmiyyəti, turizm və başqa sahələrdə yenilənən Azərbaycan görməlidir.

Interesting facts scroll top