» » » HİK sədri: “Azərbaycanla Gürcüstanın əməkdaşlığı digər dövlətlər üçün nümunədir”

HİK sədri: “Azərbaycanla Gürcüstanın əməkdaşlığı digər dövlətlər üçün nümunədir”

HİK sədri: “Azərbaycanla Gürcüstanın əməkdaşlığı digər dövlətlər üçün nümunədir”
© Report

Tbilisi. 14 sentyabr. “Gürcüstan və Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlər və başqa eyni problemləri var. Bu və digər amillər bizə Həmkarlar İttifaqları Konfederasiyaları arasında da əməkdaşlığı genişləndirmək zərurəti yaradır. Biz bu gün Azərbaycan Həmkarlar İttifaqları ilə sıx, səmərəli əməkdaşlıq edirik”.


Bu sözləri “Report”un Gürcüstan bürosuna açıqlamasında Gürcüstan Həmkarlar İttifaqları Konfederasiyasının sədri İrakli Petriaşvili söyləyib.


O deyib ki, iki ölkə arasında əlaqələr bütün sahələrdə olduğu kimi, Həmkarlar İttifaqları arasında da uğurla inkişaf edir: "Biz, əməkçilərin hüquqlarının qorunması, beynəlxalq əməkdaşlıq, iqtisadi münasibətlərin tənzimlənməsi və s sahələrdə uğurlu əməkdaşlıq edirik. Bizim əməkdaşlığımız digər ölkələrlə müqayisədə daha geniş və effektivdir. Bizim əməkdaşlığımız bəzi dövlətlər üçün nümunədir. Azərbaycan bizim sadəcə qonşumuz deyil, həm də yaxın dostumuz və qardaşımızdır”.

Interesting facts scroll top