» » » Tomas Qreminger: "ATƏT katibliyi Minsk qrupu həmsədrlərinin fəaliyyətlərində göstərdiyi səyləri dəstəkləmək üçün əlindən gələni edir"

Tomas Qreminger: "ATƏT katibliyi Minsk qrupu həmsədrlərinin fəaliyyətlərində göstərdiyi səyləri dəstəkləmək üçün əlindən gələni edir"

Tomas Qreminger: "ATƏT katibliyi Minsk qrupu həmsədrlərinin fəaliyyətlərində göstərdiyi səyləri dəstəkləmək üçün əlindən gələni edir"
© OSCE

Kiyev. 14 sentyabr. "ATƏT-in baş katibi kimi, təşkilatın üzv dövlətlərin ondan gözlədiyi funksiyaları, o cümlədən münaqişənin həlli sahəsində, həyata keçirdiyini sübut etməyə çalışacağam. Həlli uzadılmış münaqişələrin nizamlanması üçün səylərimizi artıracağıq".


Bunu Kiyevdə keçirilən mətbuat konfransında ucarliyiq.biz Ukrayna bürosunun sualını cavablanadıran zaman ATƏT-in baş katibi Tomas Qreminger deyib.


Baş katib Qarabağ münaqişəsi mövzusuna da toxunub. Onun sözlərinə görə, ən qısa zamanda münaqişə tərəflərinə səfər etmək niyyətindədir: "Mənim üçün ATƏT-in bu münaqişənin həllinə töhfə verməsi əsas prioritetdir. ATƏT təşkilat məkanında münaqişələrin həlli üzrə xidmətlərini təklif edə bilər və hər bir həlli uzadılmış münaqişə üçün ayrıca format var. Dağlıq Qarabağ münaqişəsində Minsk qrupu formatı var və biz ATƏT katibliyi olaraq, Minsk qrupu həmsədrlərinin fəaliyyətlərində göstərdiyi səyləri dəstəkləmək üçün əlimizdən gələni edirik".


Baş katib əlavə edib ki, ATƏT münaqişə tərəflərində çatışmayan siyasi iradənin boşluğunu doldura bilməz. T.Qreminger sözlərinə görə, ölkələr siyasi iradə nümayiş etdirməlidir və o zaman ATƏT vasitəçilik missiyası ilə çıxış edə bilər: "Təəssüf ki, ATƏT sülh "yarada" bilmir".


T.Qreminger vurğulayıb ki, ölkələr və BMT kimi aparıcı təşkilatlarla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətindədir.

Interesting facts scroll top